Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2022 19:27
Son zamanlar suyun orqanizmə faydaları və gündəlik norması barədə çox deyilir. Analar övladlarına uşaqlıqdan bol su verməyə çalışır. Amma heç kim böyüklə uşaqların fərqini və orqanizmlərin fərdi xüsusiyyətini nəzərə almır.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, südəmər 1 yaşa kimi körpələrə gündəlik həm də su verilməsi onlarda ciddi problemlərə səbəb ola bilər. Bunu britaniyalı həkim dietoloq Keti Zeraski bildirib. " Ana südü və süd qarışımları, qidaları yeyən südəmər körpənin maye tələbatı elə bununla da ödənir. Bu kifayətdir ki, orqanizm susuzlaşmasın. Ona görə körpələrə su içirməsəniz də olar, hətta belə məsləhətdir".
Keti və onun kolleqaları bir təcrübələrində aşkar ediblər ki, su südəmərlər üçün zərərlidir. Süd, süd qatışıqları, əlavə qidalarda körpə bədəni üçün lazım olan hər şey var. Amma su ilə südlə alınan faydalı maddələr orqanizmdən tez yuyulub çıxarılır. Körpənin böyüklərdən fərqli olaraq zülal və energetik tələbatı daha çoxdur, nəinki maye.
Həddən artıq çox su verdikdə qanda natriumun səviyyəsi kritik həddə kimi düşə bilər , bu da tibbdə su intoksikasiyası adlanır. Belə halda uşaq özünü pis hiss edir, orqanizm siqnal verir, ana bunu başa düşmür, nəticədə letal sonluq da ola bilər.
Ona görə özünüzü su içməyə məcbur etdiyiniz kimi körpənizi də buna vadar etməyin və çalışın 6 aya kimi körpəyə süddən başqa maye verməyəsiz.