Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Sentyabr 2019 21:20
"Arsenal"ın futbolçusu Aleksandr Lyakazett sentyabrın sonuna kimi matçlarda oynamayacaq.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 28 yaşlı hücumçu topuğundakı zədədən əziyyət çəkir. Onun bir neçə həftə bu vəziyyətdə oynadığı bildirilib. Həkimlər fransalı futbolçuya istirahət etməyi və bərpa olunmağı tövsiyə edib. Lyakazettin oktyabrda komanda ilə məşqlərə başlayacağı gözlənilir.
Qeyd edək ki, Lyakazett bu mövsüm 3 matçda 2 qol vurub.