Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2022 14:08
Ukraynanın Xerson şəhərində 58 uşaq bir aydan çoxdur ki, kilsənin zirzəmisində gizlənir.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının insan hüquqları üzrə komissarı Lyudmila Denisova öz "Facebook" səhifəsində məlumat verib.
Lyudmila Denisova qeyd edib ki, onların arasında xüsusi qayğıya və müalicəyə ehtiyacı olan sağlamlıq imkanları məhdud uşaqlar var.
"Bu uşaqların təhlükəsiz bölgəyə köçürülməsinə kömək edə biləcək hər kəsdən xahiş edirəm, kənarda durmayın və uşaqların nəhayət təhlükəsiz yerə yerləşdirilməsi üçün humanitar dəhlizin açılması üçün əlinizdən gələni edin", - deyə Lyudmila Denisova qeyd edib.