Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2019 20:28
“Məğlubiyyət çox maraqlı təcrübədir. Heç vaxt uduzmaq istəmirsən, ancaq bu, yaxşı dərmandır”.
Qol.az xəbər verir ki, bu sözləri “Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının yarımfinalının “Barselona” ilə sabah keçirələcək ilk oyunu barədə danışarkən deyib.
Almaniyalı mütəxəssis Britaniya mətbuatına açıqlamasında indiyədək bir neçə dəfə finalda uduzsa da, bundan yalnız təcrübə qazandığını, sınmadığını bildirib: “Son 6 finalda məğlub olmuşam. Ancaq həmin vaxtlar həyatımın ən gözəl günləri olub. Məğlubiyyətlər məni sındırmayıb. Mənim üçün həyat yenidən toparlanmaqdır”.
Qeyd edək ki, sabah "Nou Kamp"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.