Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2022 12:14
Aprelin 20-də Laçın rayon sakini Bahadur İsmayılov Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yaşadığı evin həyətində münaqişə zəminində əmisi Əşrəf İsmayılovun baş nahiyəsinə dırmıq ilə xəsarət yetirib.
DİN-in mətbuat xidmətindən Sonxeber.net-a verilən xəbərə görə, xəstəxanaya yerləşdirilən Ə.İsmayılov aprelin 26-da ölüb.
Laçın Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən B.İsmayılov tutularaq istintaqa təhvil verilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanılıb.