Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2022 16:26
Almaniya federal hökuməti Ukraynaya tankların tədarükünə icazə verməyi planlaşdırır. "Süddeutsche Zeitung" Almaniya hökumətinin zirehli döyüş maşınları tədarük etməyə hazır olması barədə məlumat verib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, söhbət Bundesverin artıq hesabdan sildiyi "Cheetah" tipli 50-yə yaxın özüyeriyən zenit qurğusundan (ÖZQ) gedir. Tədarük presesləri ilə artıq bunun üçün müvafiq icazə almış silah istehsalı şirkəti "Krauss-Maffei Wegmann" məşğul olacaq. Almaniyanın müdafiə naziri Kristina Lambrextin "Ramştayn" hərbi bazasına səfəri zamanı tədarüklər barədə açıqlama verməsi planlaşdırılır.