Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ev almaq istəyənlər bu xəbəri mütləq izləsin - VİDEO

Ev almaq istəyənlər bu xəbəri mütləq izləsin - VİDEO

Tarix: 28 Aprel 2022 18:08

Ev almaq istəyənlər əksər vaxt bina və həyət evi arasında seçim etməkdə çətinlik çəkirlər. Bəziləri çoxmənzilli binalardakı mənzilləri üstün tutur, bəziləri isə torpaq alıb ev tikdirməyin tərəfdarıdır. Yəni rahatlığını düşünənlər də var, xərclərini nəzərə alanlar da.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, ekspertlər deyir ki, şəhər mərkəzindən kənarda yerləşən həyət və bina evlərində qiymət fərqi elə də çox deyil. Həmin ərazilərdə fərdi ev tikmək təxminən 20 faiz ucuz başa gəlir. Ancaq şəhər mərkəzinə yaxınlaşdıqca bu tendensiya dəyişir. Burada hətta 1 sot torpağın qiymətinə 3-4 otaqlı təmirli mənzil almaq olar.

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirir ki, evlərin qiymətlərindəki fərq şəhər mərkəzi ilə ətraf yaşayış məntəqələrini müqayisə etdikdə daha kəksin hiss olunur.

Ekspert deyir ki, paytaxtda fərdi yaşayış evlərinin 1 kvadratmetri minimum 400 manata başa gəlir.

Şəhər kənarındakı çoxmənzilli binalara gəlincə, Ramil Qasımzadə bildirir ki, belə ərazilərdə mənzilin bir kvadratmetri 800 manatdan başlayan qiymətlərlə təklif olunur.

Milli.Az


Etiketlər:  almaq istəyənlər xəbəri mütləq izləsin VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ