Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rihannanın nişanlısının evində silah aşkarlandı

Rihannanın nişanlısının evində silah aşkarlandı

Tarix: 29 Aprel 2022 09:50

Müğənni Rihannanın reper nişanlısı Eysap Roki (Rakim Mayers) evində silah tapılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl saxlanılan və yolda qarşlaşdığı şəxsi güllələməkdə təqsirli bilinən reperin evində araşdırma aparılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aşkarlanan silahın hücumda istifadə edilib-edilmədiyini öyrənmək üçün ballistik sınağa göndərilib.

Qeyd edək ki, Eysap bu yaxınlarda 2021-ci ilin noyabrında küçədə yaxınlaşdığı şəxsə 3 dəfə atəş açmaqda təqsirli bilinərək Los-Anceles hava limanında saxlanılmışdı. O, 500 min dollar girov müqabilində sərbəst buraxılmışdı.  

Musiqiçi aprelin 20-də Rihanna ilə Barbadosdan istirahətdən qayıtdıqdan dərhal sonra Los-Anceles hava limanında nəzarətə götürülüb. Bir neçə saat sonra o, 550 min dollar girov ödədikdən sonra sərbəst buraxılıb.

İttihamçı bildirib ki, 2021-ci il noyabrın 6-da A$AP Rocky iki nəfərlə birlikdə küçədə ona yaxınlaşıb. İddiaçının sözlərinə görə, münaqişə nəticəsində 4 atəş açılıb, onlardan biri sol qoluna dəyib.

Daha əvvəl xəbər verilmişdi ki, hamilə Rihannanın nişanlısı reper həbs olunandan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Milli.Az


Etiketlər:  Rihannanın nişanlısının evində silah aşkarlandı


RƏYLƏR