Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hollivud aktyoru filminin azərbaycanca dublyajını paylaşdı - VİDEO

Hollivud aktyoru filminin azərbaycanca dublyajını paylaşdı - VİDEO

Tarix: 29 Aprel 2022 16:20

Hollivud aktyoru Maykl Cey Uayt 2006-cı ildə çəkilmiş "Mübahisəedilməz 2" (Undisputed 2: Last Man Standing) filminin azərbaycanca dublyaj olunmuş bir fraqmentini paylaşıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "filmlərimin başqa dillərə dublyaj edilməsi həmişə xoşuma gəlir. Çünki bu, personajların müxtəlif rənglərdə və əslən haradan olmasına baxmayaraq, insanlığımızın bizi birləşdirdiyini sübut edir. Bu, həm də qaradərililərin çəkildikləri filmlərin xaricə satılmadığına dair yanlış təsəvvürü aradan qaldırır", - deyə o, "Instagram" səhifəsində qeyd edib.

Milli.Az


Etiketlər:  Hollivud aktyoru filminin azərbaycanca dublyajını paylaşdı VİDEO


RƏYLƏR