Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2022 20:38
8 ədəd MiQ-29 cəbhə qırıcısı Moskvada keçiriləcək Qələbə paradında "Z" simvolu formasında uçuş nümayiş etdirəcək.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya MN məlumat yayıb.
Qırıcıların parad hazırlığından "Z" uçuş formasının görüntüsü də paylaşılıb.
Qeyd edək ki, "Z" işarəsi "özününküləri" tanımaq üçün istifadə edilsə də, hazırda Rusiyanın Ukraynada apardığı savaşın simvoluna çevrilib.