Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2019 21:36
Türkiyənin "Alanyaspor" klubu yol qəzasında dünyasını dəyişən futbolçusu Josef Suralın forma nömrəsini əbədiləşdirib.
Qol.az klubun rəsmi Tvitter səhifəsinə istinadən xəbər verir ki, bundan sonra komandada heç bir oyunçu 90 nömrəli formanı geyinməyəcək. Qərar Alanya təmsilçisinin İdarə Heyətinin təşəbbüsü ilə qəbul edilib.
Xatırladaq ki, Superliqanın 30-cu turunda keçirilən "Kayserispor" - "Alanyaspor" (1:1) oyunundan sonra qonaqların 7 əcnəbi futbolçusunu aparan mikroavtobusun qəzaya uğraması nəticəsində Çexiya millisinin üzvü Jozef Sural dünyasını dəyişib.