Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Kaş ki, ərim sağ olaydı, yenə məni döyərdi'' -VİDEO

''Kaş ki, ərim sağ olaydı, yenə məni döyərdi'' -VİDEO

Tarix: 2 May 2022 10:10

Şairə Cığatel İsaqızı "7 canlı" proqramında qalmaqala səbəb olan "Ərim məni döydü, dedim, əllərinə qurban olum" ifadəsindən danışıb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, o, həyat yoldaşının sağ olmasını, onu yenidən döyməsini arzulayıb:

"Kaş ki, sağ olaydı, yenə döyərdi məni. Mən də deyirəm ki, qısqanclıqdan, sevgidən qurtulmaq üçün istəyirdim məni döysün. Deyim, əllərinə qurban olum. Yaxşı etmisiz yazmısınız, qıraq adam deyildi, öz dəli kimi sevdiyim həyat yoldaşım idi. Allaha and olsun döyməyin də gözəli olur. Ailədir, içində acısı da, şirini də var. Zarafatdır, içində bir gerçəklik də olur. Mən qısqanc idim. Qohumlar qınayırdı ki, sənət adamısan, qoy, o səni qısqansın. Küsürdüm, ağlayırdım ki, məni qısqan. Mənim bütün işim tərsinədir. Sevgiyə, dostluğa müqəddəs gözlə baxıram. İndi çoxu bilmir sevmək nədir. Sevgini yaşamaq lazımdır. İndiki cavanlar başqadır. Gec cavab verdi, bitdi, deyirlər".


Etiketlər:  Kaş ərim sağ olaydı yenə məni döyərdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ