Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qalatasaray'' baş məşqçisini vaxtından əvvəl istefaya göndərə bilər

''Qalatasaray'' baş məşqçisini vaxtından əvvəl istefaya göndərə bilər

Tarix: 3 May 2022 18:12

Türkiyənin "Qalatasaray" klubu baş məşqçisi Domenek Torrenlə vaxtından əvvəl vidalaşa bilər.

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, İstanbul təmsilçisinin rəhbərliyi ispaniyalı mütəxəssisi istefaya göndərmək üçün mövsümün sonunu gözləmək istəmir.

Klubun prezidenti Burak Elması uğursuz nəticələrlə yanaşı, 60 yaşlı baş məşqçinin mətbuata verdiyi açıqlamalar da narahat edir. Odur ki, funksioner Torrenlə ən qısa zamanda görüşüb, müqaviləyə xitam verilməsinə çalışacaq.

Qeyd edək ki, Domenek Torrenin "Qalatasaray"la 2023-cü ilin yayınadək sözləşməsi var. "Cim-Bom" bu mövsüm 35 oyundan sonra 47 xalla 11-ci pillədə qərarlaşıb.


Etiketlər:  Qalatasaray baş məşqçisini vaxtından əvvəl istefaya göndərə bilər


RƏYLƏR