Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Heroqliflər səhv düşdü, “Alibaba” 26 milyard dollar itirdi

Heroqliflər səhv düşdü, “Alibaba” 26 milyard dollar itirdi

Tarix: 4 May 2022 09:20

"AliExpress"in sahibi olan texnologiya nəhəng "Alibaba"nın səhmləri kəskin şəkildə ucuzlaşıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, buna səbəb şirkətin qurucusu Cek Ma ilə bağlı yayılan xəbərlər olub.

Belə ki, iş adamının Çin Təhlükəsizlik Xidməti tərəfindən saxlanıldığı və ona qarşı müəyyən məhdudiyyətlərin qoyulduğu bildirlib.

Sonradan məlum olub  ki, söhbət digər şəxsdən gedib və onunla biznesmenin soyadı arasında yalnız heroqlif fərqi olub.

Bu yanlışlıq ucbatından "Alibaba"nın səhmləri 9,4% ucuzlaşaraq şirkətin kapitallaşmasının 26 milyard dollar azalmasına səbəb olub.


Etiketlər:  Heroqliflər səhv düşdü Alibaba milyard dollar itirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ