Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2022 09:44
Türkiyə Suriyada hərbi əməliyyat keçirə bilər, bu, gündəmdədir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə türkiyəli ekspert Emin Pazarcı deyib.
"Türkiyə əvvəldən deyir ki, bu, kifayət deyil. Başqa sözlə, Suriyanın bir sıra bölgələrindən Türkiyə üçün təhlükə var. Müəyyən zamanlarda ciddi konfliktlər baş verir. Əsgərlərimiz ölür. Əməliyyat hər zaman gündəmdə və masadadır. Türkiyə bu əməliyyatı zəruri olduğu halda keçirəcək. Bu baxımdan buna laqeyd yanaşmaq olmaz. Bunun baş verməyəcəyini düşünmək, məncə, yanlışdır", - deyə ekspert bildirib.
Qeyd edək ki, Türkiyə hazırda İraqın şimalında terrorçulara qarşı "Pəncə Qıfıl" əməliyyatı keçirir.