Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2022 08:54
"Real"ın futbolçusu Rodriqo Qoes Çempionlar Liqasında ilkə imza atıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi buna turnirin yarımfinal mərhələsində "Mançester Siti" ilə hazırda davam edən cavab oyununda dubl etməklə nail olub.
O, 90 və 90+1-ci dəqiqələrdə fərqlənib. Nəticədə Rodriqo ÇL-in pley-off mərhələlərində 89-cu dəqiqədən sonra 2 qol vuran ilk oyunçu olub.
Qeyd edək ki, "Real" yarımfinalın ilk oyununda "Mançester Siti"yə 3:4 hesabı ilə uduzub. Hazırda davam edən cavab görüşündə əlavə vaxt oynanılır. Madrid təmsilçisi 3:1 hesabı ilə öndədir. Cütün qalibi finalda "Liverpul"la üz-üzə gələcək.