Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2022 14:18
Ukrayna Rusiya ilə danışıqlara maraq göstərmir və bunun niyə baş verdiyi sualına cavabı Vaşinqtonda axtarmaq lazımdır.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko "Associated Press"ə müsahibəsində bildirib.
"Rusiyanın mövqeyini bilirəm. Mən Rusiyanın Ukraynaya nə təklif etdiyini bilirəm. Bəs niyə ərazisində faktiki olaraq müharibə, döyüşlər, insanlar həlak olan Ukrayna bu danışıqlarda maraqlı deyil? Daha bir sual. Lakin bu sualın cavabı Vaşinqtonda tapıla bilər", - Lukaşenko qeyd edib.
Lukaşenko qeyd edib ki, Belarusda heç bir müharibə qəti şəkildə qəbul edilmir. "Biz bu müharibənin baş verməməsi üçün hər şeyi etdik və edirik".