Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2022 16:14
Azərbaycan artıq bir il yarımdır ki, üçtərəfli birgə bəyanatın bütün maddələrinin icrasını gözləyir, lakin ermənilər danışıqlarda müəyyən irəliləyiş əldə edilən kimi yeni təxribatlara əl atır.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.
O, ard-arda sərhəddə atəşkəsin pozulması faktından sonra, Xocavənd istiqamətində qanunsuz erməni silahlılarının səngər qazmasının bölgədə vəziyyətin ağırlaşmasına səbəb ola biləcəyini deyir.
Ədalət Verdiyev bildirir ki, son hadisələr - sərhəddə və sülhməramlıların nəzarətində olan Azərbaycan ərazilərində baş verənlər Ermənistanın daxili gərginliyinin simmetrik əksidir. Həmin təxribatlarla bağlı daha bir ehtimal isə bu ölkədəki Qarabağ klanına bağlı ordu birləşmələrinin bilərəkdən gərginlik yaratmaq cəhdidir. Hər iki hal Azərbaycana öz hüquqlarından istifadə haqqı verir.
Hərbi ekspert qeyd edir ki, hazırda Ermənistan ordusu və ya rus sülhməramlıların məsuliyyət zonasına daxil olan Azərbaycan ərazilərindəki qanunsuz erməni silahlı birləşmələrinin ölkəmizlə müharibə aparmaq gücü yoxdur və istənilən yeni qarşıdurma onların məhvi ilə nəticələnəcək.