Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Oğlum son nəfəsində iki kəlmə söz dedi" - Xalq artisti

Tarix: 6 May 2022 20:20

Xalq artisti Nazpəri Dostəliyeva bu gündən sonra yalnız sosial verilişlərə qatılacağını açıqlayıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni bu dəfə "Səni axtarıram" proqramında qonaq olub. Dostəliyeva ötən il dünyasını dəyişən oğlu Əlidən danışıb. 

O, övladının son sözünü xatırlayaraq bunları söyləyib:

"Son nəfəsində iki kəlmə söz dedi. Başını qucağıma aldım və sığalladım. Həkim dedi ki, dəyməyin, son sözünü desin. Dedi ki: haqqını halal et, sən mənə çox əziyyət çəkdin. Bir də onu dedi ki, səni sevənlərin gözünü yolda qoyma".

Milli.Az


Etiketlər:  Oğlum son nəfəsində iki kəlmə söz dedi Xalq artisti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ