Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda insanlar ən çox nədən zəhərlənir? - VİDEO

Azərbaycanda insanlar ən çox nədən zəhərlənir? - VİDEO

Tarix: 8 May 2022 13:22

Aprel ayında Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 711 nəfər müraciət edib. Toksikologiya şöbəsinə qəbul edilən 124 nəfərdən  62-si dərmandan zəhərlənib. Kliniki tibbi mərkəzin toksikologiya şöbəsinin müdiri Azər  Maqsudovun sözlərinə görə dərmandan zəhərlənmələrə daha çox dərmanın artıq dozada qəbulu səbəb olub. 124 nəfərdən   8 isə vəfat edib.

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, 124 zəhərlənmə qeydə alınıb, bunların arasında ən çox zəhərlənmə halı isə dərmanlarla bağlıdır.

Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər  Maqsudovun sözlərinə görə bu ilin aprelində Mərkəzə zəhərlənmə ilə bağlı 711 nəfər müraciət edib. Onlardan 124-ü qəbul edilib, qalanlarına isə ilkin tibbi yardım göstərilərək, evə buraxılıb.

Şöbə müdiri bildirib ki, zəhərlənən şəxslərin 54-ü qadın, 50-sı kişi, 20-i uşaq olub.

Azər Maqsudov vətəndaşları diqqətli olmağa çağırıb. Həkim təyinatı olmadan dərmanların qəbul edilməsinin yolverilməz olduğunu və ölümlə nəticələnə biləcəyini vurğulayıb. 


Etiketlər:  Azərbaycanda insanlar çox nədən zəhərlənir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ