Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2022 15:54
Neftçalada Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin işçiləri olduğunu bildirən şəxslər aylıq maaşlarını ala bilmədiklərini deyirlər. Bir - neçə aydır ki, maaş ala bilməyən işçilər aidiyyəti quruma müraciət etsələr də, bu nəticəsiz qalıb.
İşçilər aylardır maaş ala bilmirlər.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, söhbət Melerosiya və Su təsərrufatı ASC-nin Neftçala melioservis idarəsinin əməkdaşlarından gedir. Fəhlələr bir neçə gündür ki,müəssisənin qarşısına toplaşıraq əmək haqlarını tələb edirlər.
Şikayətçilərin sözlərinə görə, əmək haqlarını ala bilmədiklərinə görə, çətin durumda qalıblar. Pul olmadığından ailələrini dolandıra, kommunal xərclərini ödəyə bilmirlər. idarə rəhbərliyindən əmək haqlarını tələb etdikdə isə tender udulacağı təqdirdə maaş olacağını deyirlər.
Məsələ ilə bağlı Neftçala melioservis idarəsində olduq. İdarənin baş mühəndisi Qulam Əsədov yaranmış problemələ bağlı fikri belə oldu.
İşçilər tezliklə əmək haqlarının ödəniləcəyinə ümid edirlər.