Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2019 11:12
Bakı. Trend:
Sinqapurda "Formula 1" üzrə Qran Pri təxirə düşə bilər.
Trend-in məlumatına görə, buna səbəb İndoneziyada tüğyan edən meşə yanğınlarıdır.
Qeyd olunur ki, meşə yanğınları səbəbindən magistral yollar boyu sıx tüstü var. Hazırda havanın çirklənmə dərəcəsinin çox yüksək həddə olduğu bildirilir.
Sıx tüstü səbəbindən "Formula 1" yarış maşınlarının hərəkətinin təhlükəli ola biləcəyi qeyd edilir.
Qeyd edək ki, Sinqapur Qran Pri-si sentyabrın 20-22-ə təyin olunub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin