Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2022 20:22
Serbiyanın hazırkı prezidenti Aleksandr Vuçiç aprelin 3-də keçirilən prezident seçkilərində 58,59 faiz səslə qalib gəlib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, Serbiyanın Seçki Komitəsi iclas keçirərək, bütün şikayətlərə baxdıqdan və bir neçə seçki məntəqəsində təkrar səsvermə keçirdikdən sonra aprelin 3-də Serbiya prezident seçkilərinin yekun nəticələrini təsdiqləyib.
6,5 milyondan çox vətəndaşın səsvermə hüququ var idi. Seçkilərdə iştirak 58%-dən çox olub.
Seçki komitəsinin məlumatına görə, hazırkı prezident Aleksandar Vuçiç 58,59%, onun ən yaxın rəqibi Zdravko Ponoş isə 18,39% səs toplayıb. Xatırladaq ki, aprelin 4-nə keçən gecə Serbiya lideri artıq ilk turda qələbəsini elan etmişdi.