Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 May 2022 11:32
Xarkov vilayətində müvəqqəti zəbt olunmuş İzyumda Rusiya tərəfindən mart ayında dağıdılan evin qalıqları altında 44 ölü mülki vətəndaşın cəsədi tapılıb.
Sonxeber.net Ukrayna mətbuatına istinadən bildirir ki, bu haqda Xarkov Regional Hərbi Administrasiyasının rəhbəri Oleq Sinegubov məlumat verib.
"Müvəqqəti olaraq zəbt olunmuş İzyumda martın birinci ongünlüyündə Rusiyanın dağıtdıqları beşmərtəbəli binanın qalıqları altından 44 ölü mülki şəxsin cəsədi tapılıb.
Bu, rusların dinc əhaliyə qarşı törətdiyi növbəti dəhşətli hərbi cinayətdir. Hər birini qeydə alırıq və onlar hər biri üçün cavab verəcəklər!", - o deyib.
Aslan Məmmədov