Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Evə girən oğru 3 nəfəri yaraladı

Evə girən oğru 3 nəfəri yaraladı

Tarix: 10 May 2022 13:38

Neftçalada evə oğurluğa girən şəxs üç nəfərə xəsarət yetirib.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Neftçala Rayon Polis Şöbəsinə mayın 9-da saat 5 radələrində Xıllı qəsəbəsində yaşayan E.Sadıqovun evinə girən şəxsi saxlamağa cəhd göstərərkən xəsarət alması, həmin şəxsin bu zaman köməyə gələn iki qonşuya da boyun və qol nahiyələrinə dəmir parçası ilə xəsarət yetirərək oradan qaçması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Salyan rayon sakini Qalib Müqabilzadə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Evə girən oğru nəfəri yaraladı


RƏYLƏR