Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 May 2022 13:50
Şri-Lankanın Kuruneqala şəhərində ölkənin baş naziri Mahinda Rajapaksanın iqamətgahı yandırılıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, bu, mayın 9-da, baş nazirin istefa ərizəsini prezident Qotabay Rajapaksa təqdim etdikdən sonra baş verib.
Bundan əlavə, hökumət əleyhinə nümayişçilər Moratuva merinin və bir neçə deputatın iqamətgahlarını da yandırıblar.
Qeyd edək ki, Şri-Lankanın baş naziri ərzaq çatışmazlığı səbəbindən kütləvi etirazlar fonunda istefa verib. Etirazçılar yaşayış şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.