Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 May 2022 15:48
Sumqayıtda eyniadlı komanda ilə "Şamaxı" arasında Azərbaycan Premyer Liqasının XXVI tur matçından (2:0) sonra insident baş verib.
Sonxeber.net sportinfo.az-a istinadən xəbər verir ki, hadisəyə topdaşıyanların qonaq komandanın futbolçusu Sadio Tounkaraya qarşı irqçi hərəkət etməsi səbəb olub.
Onlardan biri yanındakı şəxsə malili yarımmüdafiəçini göstərərək, "Qaranın ayaqqabısına bax" deyə müraciət edib.
Bunu təhqir kimi qəbul edən 30 yaşlı oyunçu uşaqların üzərinə getmək istəyib. Bu zaman "gənclik şəhəri" təmsilçisinin qapıçısı Tərlan Əhmədli məsələyə qarışaraq,
Tounkara ilə mübahisə edib. Komanda yoldaşları hər iki futbolçunu sakitləşdiriblər.