Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənilər oğurluqdan, Rusiya isə buna göz yummaqdan əl çəkmir – FOTO

Ermənilər oğurluqdan, Rusiya isə buna göz yummaqdan əl çəkmir – FOTO

Tarix: 10 May 2022 22:03

Ermənilər onlara məxsus olmayan maddi nemətləri və mədəni irs nümunələrini özününkü kimi təqdim etmək vərdişlərindən əl çəkmək istəmirlər.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bədnam qonşularımızın yeni oğurluq faktları Moskvadakı məşhur VDNX sərgi salonunda qeydə alınıb.

Buradakı Ermənistan pavilyonunda saz, tar, ud və kanon kimi alətlər ölkənin qədim milli musiqi alətləri kimi təqdim edilir.

Bu azmış kimi, ermənilər  qondarma "Artsax"ı da unutmayıblar. Belə ki, sərgidə bu brend altında müxtəlif növ araqlar nümayiş olunur.

Ermənilərin oğurluqları bir yana, Rusiyanın aidiyyatı qurumlarının buna şərait yaratması və Moskvanın mərkəzi sərgi salonunda baş verənlərə göz yumması qətiyyən anlaşılan deyil.

Ümid edirik ki, tərəfimizdən nümayiş olunan bu qanunsuzluqlara qarşı istər Rusiya səlahiyyətlilərəri, istərsə də YUNESKO kimi beynəlxalq təşkilatlar lazımi reaksiya verəcək və məsələ araşdırıldıqdan sonra analoji hallara son qoyulacaq.


Etiketlər:  Ermənilər oğurluqdan Rusiya isə buna göz yummaqdan çəkmir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ