Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İzzət Bağırovun arxiv VİDEOsu sosial şəbəkələrdə müzakirə yaratdı - ''Oxuyan pencək''

İzzət Bağırovun arxiv VİDEOsu sosial şəbəkələrdə müzakirə yaratdı -  ''Oxuyan pencək''

Tarix: 12 May 2022 03:25

Azərbaycanın sevilən müğənnisi İzzət Bağırovun arxiv videosu sosial şəbəkələrdə marağa səbəb olub.

Sonxeber.net big.az-a istinadən xəbər verir ki, yayılan görüntülərdə müğənninin gen-bol geyimi diqqət çəkib.

İzləyicilər "Kostyumu elə alıb ki, 10 il rahat geyinə bilsin", "Oversayz", "Dilənçiyə oxşayır", "Oxuyan pencək", ""Yaprak dökümü"ndəki Tahsinin evlənmədən öncəki halı", ""Balenciaga"nı Azərbaycana ilk getirən İzzet abi" kimi şərhlər yazaraq ifaçını tənqid atəşinə tutublar. Bəziləri isə, əksinə, bunun həmin dövrün ən dəbdə olan geyimi olduğunu vurğulayaraq, lağa qoymadan, ifaya diqqət etməyin daha doğru olduğunu bildiriblər.

Xatırladaq ki, bir müddət öncə İzzət Bağırov "Şourum" verilişində səhnəyə gətirdiyi ilklərdən bəhs edib:

"Efirə gələn ilk saqqallı müğənni mən oldum. Mikrofonu atıb-tutmaq, türk mahnıları oxumaq, səhnədə rəqs etməyi ilk mən etmişəm. Özüməməxsus geyimlər gətirdim. Kliplərimi film ssenarisi mən etdim".


Etiketlər:  İzzət Bağırovun arxiv VİDEOsu sosial şəbəkələrdə müzakirə yaratdı Oxuyan pencək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ