Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qobustanda “Toyota” aşdı, ölən və yaralanan var

Qobustanda “Toyota” aşdı, ölən və yaralanan var

Tarix: 16 Sentyabr 2019 14:24

Bakı. Samir Əli - Trend:

Qobustan şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 15-də saat 22 radələrində Qobustan şəhərinin ərazisində Bakı şəhər sakini Arif Alıyev idarə etdiyi “Toyota” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, bir sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Etiketlər:  Qobustanda Toyota aşdı ölən yaralanan var


RƏYLƏR