Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2022 21:52
"Bundan əvvəlki ev oyunlarında xal itkiləri gözlənilən idi".
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının "Sumqayıt"a qarşı keçirilən XVI turundan təxirə salınmış oyundakı böyükhesablı qələbə (5:0) barədə danışarkən deyib.
50 yaşlı mütəxəssis qarşılaşmadan sonra komandasının çıxışını dəyərləndirib: "Sabah"la görüşdə çempionluğu rəsmiləşdirə bilərdik, gərginlik var idi. Ondan sonrakı ev matçında heyətdə dəyişiklik etmişdik. Bu gün optimal heyətlə meydana çıxsaq da, komandamda çatışmazlıqları gördüm. Deyə bilmərəm ki, bu heyət ölkə kubokunun finalına hazırlanır. "Sabah"la görüşdə də heyəti tam dəyişmişdik. Bundan sonrakı matçlarda da bu qaydada davam edəcəyik. İstəyirik ki, hamı eyni şəkildə formada qalsın".
Qurbanov 3 futbolçuları Filip Ozobiç, Vadji İbrahima və Kadi Borqesin bombardirlik uğrunda mübarizə aparmalarına da münasibət bildirib: "Bu gün də gördünüz ki, dəyişdiyimiz oyunçulardan ikisi bombardirlər idi. Mənim üçün önəmli olan hamının oynamaq şansı qazanması və formadan düşməməsidir. Daha çox əziyyət çəkməlidirlər ki, daha çox qol vursunlar".