Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2019 16:04
Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.
Qol.az-ın Azərbaycan Güləş Federasiyasının saytına yaydığı xəbərə görə, sabah qadın güləşi üzrə 50, 53, 55 və 72 kq-da mübarizəyə start veriləcək. Bu gün həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib və Mariya Stadniklə (50 kq) Türkan Nəsirovanın (53 kq) rəqibləri müəyyənləşib.
Stadnik təsnifat mərhələsində Missini Meri Genezislə (Nigeriya), Nəsirova isə Nina Hemmerlə (Almaniya) üz-üzə gələcək.