Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ağdamda mina partladı: FHN-nin kapitanı xəsarət aldı

Ağdamda mina partladı:  FHN-nin kapitanı xəsarət aldı

Tarix: 13 May 2022 12:40

Bu gün Ağdam rayonu ərazisində minatəmizləmə əməliyyatı zamanı Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Döyüş və xüsusi hazırlıq idarəsinin istehkam və pirotexniki hazırlıq şöbəsinin rəisi kapitan Süleyman Vaqif oğlu Heydərov piyada əleyhinə minanın partlaması nəticəsində xəsarətlər alıb.

Bu barədə Milli.Az-a FHN Mətbuat xidmətindən məlumat verilib

Təcili olaraq həkim nəzarətinə götürülən yaralıya bütün lazımi tibbi yardım göstərilir.

Milli.Az


Etiketlər:  Ağdamda mina partladı FHN nin kapitanı xəsarət aldı


RƏYLƏR