Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kiyev vilayətində iki kənd arasındakı yolda 37 mülki şəxsin meyiti tapılıb - Wall Street Journal

Kiyev vilayətində iki kənd arasındakı yolda 37 mülki şəxsin meyiti tapılıb - Wall Street Journal

Tarix: 13 May 2022 12:44

Kiyev vilayətinin Motıjin və Yasnoqorodka kəndləri arasındakı 7 km-lik yolda 37 nəfərin meyiti tapılıb.

Milli.Az UNİAN-a istinadən bildirir ki, bu barədə The Wall Street Journal (WSJ) məlumat yayıb.

Qeyd olunur ki, mart ayı ərzində Rusiyanın atəşə tutması nəticəsində tərk etməyə cəhd edən mülki şəxslər həlak olub.

WSJ qeyd edib ki, Motijindən (Makarovski rayonu) şimala gedən daha iki yol müharibənin ilk həftəsində çoxlu yerli sakinlərin həlak olduğu yerə çevrilib. Buna görə də onlar evakuasiya üçün cənub-şərqdən Yasnoqorodkaya (Fastovski rayonu) gedən yoldan istifadə etməyə çalışıblar.

Jurnalistlər avtomobil qeydiyyatçılarının videoyazısını təhlil edib, hadisə şahidləri ilə danışıb və yola bitişik ərazini araşdırıblar. Onlar belə qənaətə gəliblər ki, rus qoşunları yolu minaatanlardan atəşə tutur - ən azı belə bir hadisə martın 3-də videoya çəkilib.

Yolda güzgülərində ağ sarğı və "Uşaqlar" yazısı olan zədələnmiş mülki avtomobillərlə yanaşı, güllə yarası almış mülki vətəndaşlar da tapılıb.

Atəş zamanı Motıjində olan könüllü Yuri Suprunenko bildirib ki, Kiyev gölünə gedən yolda və daha 700 metrlik sahədə Rusiya qurğuları olub və onlardan iki raket atılıb.

Rusiya qoşunları Kiyev vilayətinin bəzi rayonlarını bir ay ərzində - fevralın sonundan martın sonuna kimi ələ keçiriblər. Ukrayna hüquq-mühafizə orqanlarının məlumatına görə, bu müddət ərzində ərazidə 1200-dən çox dinc sakin həlak olub.

Aslan Məmmədov
Milli.Az


Etiketlər:  Kiyev vilayətində iki kənd arasındakı yolda 37 mülki şəxsin meyiti tapılıb Wall Street Journal


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ