Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mahir Emreli Xorvatiya çempionu olub

Mahir Emreli Xorvatiya çempionu olub

Tarix: 16 May 2022 08:24

Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Zaqreb "Dinamo"sunun heyətində Xorvatiya çempionu olub.

Milli.Az "Report"a istinadən bildirir ki, bu, XXXV turda səfərdə "Şibenik" üzərində 2:0 hesablı qələbə sayəsində mümkün olub. Beləliklə, sona 1 tur qalmış xalını 76-ya çatdıran "Dinamo" ən yaxın izləyicisi "Hayduk"u 4 xal geridə qoyub.

Beləliklə, paytaxt təmsilçisi ardıcıl 5-ci, ümumilikdə 23-cü dəfə Xorvatiya çempionu olub.

Qeyd edək ki, Mahir Emreli qarşılaşmanı ehtiyat oyunçular skamyasında keçirib.

Milli.Az


Etiketlər:  Mahir Emreli Xorvatiya çempionu olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ