Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2022 11:20
Meksikanın Kuliacan şəhərində torpaq çökməsi baş verib.
Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, hadisə zamanı yatağında yatan 25 yaşlı gənc boşluğa düşüb. Torpağın altında gözlərini açan gənc, öldüyünü düşünərək şok keçirib. Böyük qorxu yaşayan gənci boşluqdan ailə üzvləri çıxarıb. 25 yaşlı gənc yüngül xəsarətlər alıb.
Bildirilir ki, evin bir hissəsinin çökməsinə səbəb narkotik ticarətçilərinin illər əvvəl qazdığı tunel olub. Yerli dairələr ətrafdakı evlərin zərər görməməsi üçün tuneli doldurmağa başlayıb.