Tarix: 16 Sentyabr 2019 21:16
Fransa Liqasında mövsümə uğursuz başlayan "Monako"da baş məşqçi dəyişikliyi ola bilər.
Qol.az "France Football"a istinadən xəbər verir ki, "knyazlıq klubu" çalışdırıcısı Leonardo Jardimi göndərməyi düşünür.
Oktyabrda çempionatda yaranacaq fasiləyə qədər uğursuzluq davam edərsə, portuqaliyalı mütəxəssislə yollar ayrılacağı bildirilir.
"Monako" 5 turdan sonra 2 xal toplayıb.
Qeyd edək ki, Lonardo Jardim ötən mövsümün gedişində uğursuzluğa görə, "Monako"dan ayrılmış və bir neçə aydan sonra vəzifəsinə qayıtmışdı.