Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2022 15:48
Ukraynada Kommunist Partiyasının fəaliyyəti qadağan edilib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Ukraynanın Ədliyyə naziri Denis Malyuska yerli mətbuata açıqlamasında bildirib. O, qeyd edib ki, Ədliyyə Nazirliyi 7 il davam edən prosedurlardan sonra ötən həftə Kommunist Partiyasının fəaliyyətinin ölkədə qadağan edilməsi ilə bağlı məhkəmə qərarını qəbul edib.
Nazir kommunist ideologiyasının və simvolikasının qadağan edilməsi ilə bağlı qanunun 2015-ci ildə qəbul edildiyini, lakin Kommunist Partiyasının qadağan edilməsinin sürətlə aparılmadığını vurğulayıb.