Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2022 20:44
Rusiya ordusu Ukraynanın cənubunun "azad edilmiş" ərazilərini tərk etməyəcək. Ona görə də yerli əhali ukraynalı millətçilərin geri qayıtmasından qorxmamalıdır.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Krım parlamentinin birinci vitse-spikeri Yefim Fiks deyib.
"Yerli əhali ukraynalı millətçilərin və neonasistlərin geri qayıtmasından qorxmamalıdır. Xəyali qələbələr və gözlənilən hücumlar haqqında Ukrayna təbliğatının danışdığı dəhşətli hekayələr başqa bir blefdir. Ordumuz Ukraynanın cənubunun azad edilmiş ərazilərini tərk etməyəcək, xüsusi əməliyyatın məqsəd və vəzifələri yerinə yetiriləcək. Cənub bölgələrinin sakinlərinin təhlükəsizliyinə silahlı qüvvələrimiz zəmanət verir", - o bildirib.