Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Rusiya Üçüncü Dünya Müharibəsinin başlamasına imkan verməyəcək" - Medvedev

Tarix: 17 May 2022 23:08

Rusiya Üçüncü Dünya Müharibəsinin başlamasına imkan verməyəcək.

Bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Sarovdakı nüvə mərkəzinə səfərindən sonra özünün teleqram kanalında bildirib.

O, ölkənin nüvə sipərini müasir, etibarlı, effektiv silahların arsenalı adlandırıb.

"Biz belə vəziyyətə yol verməyəcəyik. Amma daim xatırlatmaq məcburiyyətindəyik ki, ölkəmizə hücum olarsa, dərhal cavab verilə bilər", - Medvedev yazıb.

Milli.Az


Etiketlər:  Rusiya Üçüncü Dünya Müharibəsinin başlamasına imkan verməyəcək Medvedev


RƏYLƏR