Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2019 09:28
Bakı. Samir Əli - Trend:
Bakı Nəqliyyat Agentliyi (BNA) sosial şəbəkələrdə 40 və 204 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobus sürücülərinin yol hərəkəti qaydalarını kobud pozaraq sərnişinlər və digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yaratması ilə bağlı yayılan videonu nəzarətə götürüb.
BNA-dan Trend-ə verilən məlumata görə, araşdırma zamanı 204 nömrəli müntəzəm marşrut xətti üzrə 10-TG-775 DQN avtobusun sürücüsünün Ələkbərov Asəf Musa olduğu müəyyən edilib. Dərhal daşıyıcı və sürücü BNA-ya çağırılaraq izahatının alınması təmin edilib. Nəqliyyat vasitəsi müvəqqəti olarq xətdən kənarlaşdırılıb. Sürücü yol verdiyi kobud qayda pozuntusuna görə daşıyıcının müvafiq əmri ilə işdən azad edilib.
40 nömrəli avtobusun DQN nörməsini görüntülərədən müəyyən edilməsi mümkün olmayıb. Hazırda digər vasitələrlə süücünün şəxsiyyətinin müəyyən edilməsi istiqamətində iş aparılır.
Qeyd edilir ki, sərnişindaşımada qoyulan tələblərə, o cümlədən, təhlükəsizliklə bağlı qaydalara əməl etməyənlərə qarşı ciddi tədbir görüləcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin