Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu ərazidə antisanitar vəziyyət hökm sürür - VİDEO

Bu ərazidə antisanitar vəziyyət hökm sürür - VİDEO

Tarix: 19 May 2022 17:52

Sumqayıt şəhərinin Ceyranbatan bağları massivində kanalizasiya suları 30 ailəni çarəsiz qoyub. Onların sözlərinə görə, ərazidə yaşamaq olduqca çətinləşib. Çünki əsl antisanitar vəziyyət hökm sürür. Kanalizasiya sistemi olmadığından çirkab sular ətrafa axıdılır. Bəs görəsən problem nə zaman həll ediləcək ? Aidiyyəti qurumdan məsələyə münasibət bildirilib. 

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, kanalizasiaya sularından ibarət böyük gölməçələr ətrafa üfunət yayır. Yaxınlıqda yaşayanlar çirkab suların evlərinə qədər gəlib çatdığını deyirlər. Görüntülər Sumqayıtdandır.

Sakinlərin sözlərinə görə, ərazidə yaşamaq olduqca çətinləşib. Müxtəlif istiqamətlərdən axan kanalizaiaya suları əsl xəstəlik mnənbəyidir. 

Məsələ ilə bağlı ''Azərsu'' ASC-nin Sumqayıt su kanal idarəsi ilə əlaqə saxlayıb, vəziyyətlə yaxından tanış olmaq üçün əməkdaşlarını əraziyə dəvət etdik. Sakinlərin şikayətlərini dinləyən qurum rəsmiləri bildirdilər ki, ərazidə mərkəzləşdirilmiş kanalizaiaya şəbəkəsi yoxdur. ''Sakinlər tərəfindən boru vaistəsilə gölə kanalizasiya suları axıdılır. Kanalizasiya sistemi layihəsi aidiyyəti üzrə təqdim edilib.Yaxın gələcəkdə kanalizaya xəttləri inşa ediləcək''-deyə qeyd edilib. 

Milli.Az


Etiketlər:  Bu ərazidə antisanitar vəziyyət hökm sürür VİDEO


RƏYLƏR