Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2022 21:16
Almaniyanın "Borussiya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Dortmund təmsilçisi "Köln"ün yarımmüdafiəçisi Salih Özcanı transfer edib. İyirmi dörd yaşlı futbolçu artıq yeni komandası üçün tibbi müayinədən keçib.
Qeyd edək ki, Türkiyə millisinin üzvü 2020-ci ilin yayından "Köln"də çıxış edir.