Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünya şöhrətli musiqiçilər Ukrayna üçün oxuyacaq

Dünya şöhrətli musiqiçilər Ukrayna üçün oxuyacaq

Tarix: 21 May 2022 11:32

Ukraynadakı müharibəyə diqqət çəkmək və zərərçəkənlərə yardım əlini uzatmaq üçün bir araya gələn məşhur musiqiçilər iyunun 17-də konsert verəcək.

Milli.Az kult.az-a istinadən xəbər verir ki, konsertdə Pink Floyd, "Crash Test Dummies", Ruslana, Camala və digər məşhur musiqiçilər iştirak edəcək.

Müharibədən zərər çəkənlər üçün bilet və ianə ilə 10 milyon dollar toplamaq məqsədi daşıyan tədbir saat 15:00-dan etibarən canlı yayımlanacaq.

Biletləri www.worlduniteforukraine.com saytından əldə etmək mümkün olacaq. Tədbirdən əldə olunan gəlir müharibə qurbanlarının qida və sığınacaq, tibbi ləvazimatlar, geyim və insan alverinə qarşı mübarizəyə xərclənməsi nəzərdə tutulub.

Milli.Az


Etiketlər:  Dünya şöhrətli musiqiçilər Ukrayna üçün oxuyacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ