Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2022 16:24
Miçiqan ştatının Geylord şəhərində baş vermiş qasırğa nəticəsində azı bir nəfər ölüb, 40 nəfərdən çox insan xəsarət alıb.
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə yerli xidmətlər məlumat yayıb.
Ştat polisi şəhərə ciddi zərər dəydiyini açıqlayıb. Aşmış ağaclar yolları bağlayıb, elektrik ötürücü xətlər qırılıb, yaşayış evləri və kommersiya binalarına zərər dəyib.
Xəsarət almış şəxslər yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.