Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2019 12:30
Bakı. İlhamə İsabalayeva – Trend:
Başqa sahələrdə nəzərdə tutulan imtiyazların kinematoqrafiya sahəsinə də aid edilməsi bu sahənin inkişafına təkan verə bilər.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin iclasında çıxış edən komitə sədri Rafael Hüseynov deyib.
Onun sözlərinə görə, “Kinematoqrafiya haqqında” qanun layihəsi hazırdır:
“Başqa qanunlarda nəzərdə tutulan imtiyazların kinematoqrafiya sahəsinə də aid edilməsini arzu edirik. Bunun üçün biz müvafiq dövlət orqanlarına müraciət etmişik. Çalışırıq ki, imtiyazlarla bağlı müraciətlər müsbət həll olunsun. Həmin müraciətlər müsbət həll edilərsə, qanun layihəsi çox tezliklə Milli Məclisdə müzakirəyə çıxarılacaq”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin