Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nyu-York-da Türk Günü keçirilib - FOTO

Nyu-York-da Türk Günü keçirilib - FOTO

Tarix: 21 May 2022 23:27

Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirilən 39-cu Türk Günü və Festivalı çərçivəsində türkdilli xalqların ABŞ-da yaşayan icmalarının fəallarının izdihamlı yürüşü təşkil edilib.

Sonxeber.net "Report"a istinadən bildirir ki, Manhetten adasında baş tutan izdihamlı yürüşdə bayraqlarla bəzədilmiş maşınlar şəhərin əsas meydan və küçələrində dövrə vurublar.

Yürüşdə Azərbaycanın Vaşinqtodakı səfiri Xəzər İbrahim və Türkiyənin səfiri Həsən Murad Mərcan da iştirak edirlər. Azərbaycan icması da yürüşə xüsusi bəzədilmiş avtomobil karvanı ilə qatılıb.

İzdihamlı yürüş davam edir.


Etiketlər:  York Türk Günü keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ