Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aparıcılar efirə hicabla çıxdılar

Aparıcılar efirə hicabla çıxdılar

Tarix: 23 May 2022 09:52

Əfqanıstan televiziyalarında qadın aparıcıların efirə hicabla çıxması tələb kimi qoyulub.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, qadınlar hicaba uzun müddət müqavimət göstərsələr də, ciddi nəticə əldə edə bilməyiblər. Talibanın göstərişlərinə uyğun olaraq qadın aparıcılar bazar günü efirə üzlərini gizlədən geyimdə çıxıblar. 

İmanın Təbliği və Günahların Qarşısının Alınması Nazirliyi şənbə günündən etibarən aparıcıların efirə hicabla çıxmasını tələb etsə də, qadınlar buna məhəl qoymamışdı. Lakin bazar günü tələb konkretləşib: ya hicab, ya da işsizlik. TOLOnews, Ariana Television, Shamshad TV və 1TV kanallarının xəbər bülletenlərini üzüörtülü aparıcılar təqdim edib. 

Bundan başqa, dövlət işində çalışan kişilərin arvadları və qızları hicab və ya burqa geymədikləri təqdirdə onlar işdən azad olunacaq.


Etiketlər:  Aparıcılar efirə hicabla çıxdılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ