Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 May 2022 17:40
Əməkdar artist Mətanət İsgəndərli gəlini Canana ilə barışması xəbərinə münasibət bildirib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda "Şourum"da danışıb.
Sualları cavablandırmaq istəməyən İsgəndərli "Qısa olaraq deyim - barışmışıq" sözlərini söyləyib.
Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim və keçmiş gəlini Canana ötən ilin oktyabrında boşanıb. Məhkəmə üç uşağı ilk olaraq ataya vermiş, apellyasiya şikayətindən sonra uşaqlar anaya qaytarılmışdı.