Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qazaxıstanda xarici pasportlarda çip tapıldı, nazirlik açıqlama yaydı

Qazaxıstanda xarici pasportlarda çip tapıldı, nazirlik açıqlama yaydı

Tarix: 24 May 2022 08:28

Qazaxıstanda vətəndaşların xarici pasportlarında çiplər aşkarlanıb.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, sosial mediada bu çiplərin vətəndaşları izləmək üçün nəzərdə tutulması ilə bağlı iddialar səsləndirilib. Qazaxıstan Daxili İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama verərək xarici pasportlarda çiplərin olmasına aydınlıq gətirib. Bildirilib ki, elektron pasportlar dünyanın bir çox ölkəsində tətbiq edilib:

"Qazaxıstanda 2009-cu ildən pasportlar, həmçinin mikrosxemli şəxsiyyət vəsiqələri istehsal olunur. Çip vətəndaş haqqında fərdi məlumatların saxlanması üçün nəzərdə tutulub və şəxsin şəxsiyyətini müəyyənləşdirməyə imkan verir. Sərhəd-buraxılış məntəqələrinin keçidinin və digər dövlətlərdə pasport-viza nəzarətinin elektron sistemlər vasitəsilə sadələşdirilməsi məqsədilə çipli pasport tətbiq edilib. Pasportlardakı çiplər sərhədi keçərkən yalnız xüsusi oxuyucularla qarşılıqlı əlaqə yaradır", - nazirliyin açıqlamasında deyilir.


Etiketlər:  Qazaxıstanda xarici pasportlarda çip tapıldı nazirlik açıqlama yaydı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ